Zəlzələ qurbanlarına 115 milyardan çox yardım toplandı

Zəlzələ qurbanlarına 115 milyardan çox yardım toplandı
Yayınlanma tarixi: 16.02.2023 12:09:22

9 milyon 10 min SMS iştirak edib.

İslamazeri.com xəbər verir ki, dünən Türkiyə telekanallarının birgə “Türkiyə tək ürək” devizi altında keçirilən 8 saatlıq efir layihəsində zəlzələdə ziyan görənlərə teleməkanda ən böyük yardım toplanıb.

Belə ki, şirkətlər və iş adamları, siyasətçilər və sadə vətəndaşların qatıldığı proqramda 115 milyard 146 milyon 528 min Türk Lirəsi toplanıb, 9 milyon 10 min SMS iştirak edib.

Mərkəzi Bankın valyuta mübadiləsinə görə bu rəqəm 10 milyard 386 milyon 216.825 AZN edir.

Qeyd edək ki, bu layihədə tanınmış aktyorlar, aparıcılar və futbol klubunun rəhbərləri telefon qəbul edən qismində iştirak ediblər.

GÜNÜN MANŞETLERİ