Zelenski Rusiya ilə danışıqların 5 şərtini açıqlayıb

Zelenski Rusiya ilə danışıqların 5 şərtini açıqlayıb
Yayınlanma tarixi: 9.11.2022 13:20:47

Ukraynanın hansı şərtlər daxilində Rusiya ilə danışıqlara başlaya biləcəyi açıqlanıb.

İslamazeri.com RBC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Rəsmi Kiyevin irəli sürdüyü 5 tələb bunlardır:
- Ukraynanın ərazi bütövlüyünün bərpası;
- BMT Nizamnaməsinə hörmət;
- Müharibənin vurduğu zərərin qarşılanması;
- Hər bir hərbi cinayətkarın cəzalandırılması;
- Ukrayna ərazisinə yenidən müdaxilənin edilməyəcəyinə dair zəmanətlər.

Bunlar tamamilə aydın şərtlərdir“, - deyə Zelenski qeyd edib.

GÜNÜN MANŞETLERİ