Yəmən Silahlı Qüvvələrinin açıqlamasında əməliyyatın dronla həyata keçirildiyi və hədəfin "dəqiqliklə" vurulduğu bildirilib.
İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri, Səudiyyə Ərəbistanının Nəcran Hava Limanında "həssas hədəfi" dronla vurduqlarını açıqlayıb.
Bəyanatda hücumun Səudiyyə Ərəbistanının Sədə və Həcc əyalətlərinin hava məkanını dronlarla pozmasına cavab olduğu əlavə edilib.
Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanı təyyarələrinin Yəmən hava məkanını pozmasına icazə verilməyəcəyini vurğulayaraq, "Hava məkanımızın heç bir pozuntusu cəzasız qalmayacaq" xəbərdarlığını edib.