Bu il Kərbəlada Ərbəin mərasimində 20 milyon ziyarətçi iştirak edib

Bu il Kərbəlada Ərbəin mərasimində 20 milyon ziyarətçi iştirak edib
Yayınlanma tarixi: 8/5/2026 12:14:01 PM

Bu il Kərbəlada Ərbəin mərasimində 20 milyon ziyarətçi iştirak edib.

İslamazeri.com xəbər verir ki, bu il İraqın Kərbəla şəhərində keçirilən illik Ərbəin mərasimlərində təxminən 20 milyon ziyarətçi iştirak edib.

Həzrət Abbasın ziyarətgahı bu ilki Ərbəin dövründə Kərbəlaya 19.999.870 ziyarətçinin gəldiyini açıqlayıb.

Bu rəqəmlər Ərbəini dünyanın ən böyük dini toplantılarından biri kimi təqdim etməyə davam edir.

Xatirə tədbirləri üçün Kərbəlada müxtəlif ölkələrdən təxminən 20 milyon ziyarətçinin iştirakı bir daha Ərbəinin tutumunu nümayiş etdirir.

Xatırlaaq ki, keçən il Kərbəlada keçirilən Ərbəin mərasimlərində 21 milyondan çox ziyarətçi iştirak etmişdi.

GÜNÜN MANŞETLERİ