Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun (Covid-19) “XBB.1.5” variantının yayılma sürətinə diqqət çəkib və bütün ölkələrə müraciət edərək, hava ilə səyahət edən sərnişinlərə maska taxmağı tövsiyə edib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ÜST qeyd edib ki, "XBB.1.5" variantına yoluxma halları Avropada yüksəlişdədir.
Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib ki, sərnişinlərə uzun məsafəli uçuşlar kimi yüksək riskli mühitlərdə maska taxmağı tövsiyə etmək lazımdır.
Səhiyyə rəsmilər, indiyə qədər aşkar edilmiş ən yoluxucu Omicron variantı olan "XBB.1.5"-in keçən həftə ABŞ-da "Covid-19" yoluxma hallarının 27,6 faizini təşkil etdiyini açıqlayıb.
Sözügedən subvariantın qlobal infeksiya dalğasına səbəb olub-olmayacağı hələ məlum deyil.