Türkiyədə zəlzələ qurbanlarının sayı 44 mini ötüb

Türkiyədə zəlzələ qurbanlarının sayı 44 mini ötüb
Yayınlanma tarixi: 25.02.2023 16:02:07

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

GÜNÜN MANŞETLERİ