22 yaşlı gəncin meyidinin yıxıldığı yerə yaxın ərazidə aşkarlandığı bildirilib.
Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.
İslamazeri.com xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.
Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.