Türkiyə və İsrailin XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və İsrailin XİN başçıları arasında telefon danışığı olub
Yayınlanma tarixi: 5.01.2023 12:15:45

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mövlud Çavuşoğlu israilli həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

“İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkəti qəbuledilməzdir".

İslamazeri.com xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin yeni xarici işlər naziri Eli Koenlə telefon danışığı zamanı deyib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mövlud Çavuşoğlu israilli həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

Bildirilib ki, Çavuşoğlu Fələstin məsələsi ilə bağlı Türkiyənin həssaslığını və gözləntilərini Koenə xatırladıb və bu çərçivədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ötən gün Əl-Əqsa məscidinə qarşı təxribat xarakterli hərəkətini qəbuledilməz hesab etdiyini vurğulayıb.

Çavuşoğlu Əl-Əqsa məscidinin statusunun qorunub saxlanmasına verilən önəmi dilə gətirib və hər cür təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının gözlənildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa da gəliblər.

GÜNÜN MANŞETLERİ