Bu gün Türkiyə prezidenti ilə İsrail rejiminin prezidenti İsaak Herzoq arasında telefon danışığı olub.
İslamazeri.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə sionist rejimindən məlumat verilib.
Bildirilib ki, bu gün Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan İsrailin prezidenti İsaak Herzoqa zəng vuraraq, anasının ölümü ilə bağlı ona başsağlığı verib.
Qeyd edək ki, iki prezident arasında telefon danışığı ötən noyabr ayında da baş tutmuşdu. İsrailin prezidenti bu telefon danışığında “cəsusluq" şübhəsilə Türkiyədə saxlanılan iki israillinin sərbəst buraxılması üçün Rəcəb Təyyib Ərdoğana təşəkkür etmişdi.