Türk qüvvələrinin terrorla mübarizədə "kimyəvi silahdan istifadə etdiyini" deyən Türkiyə Təbiblər Birliyinin (TTB) prezidenti Şebnem Korur Fincancı İstanbulda saxlanılıb.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Türk Təbiblər Birliyinin (TTB) prezidenti Şebnem Korur Fincancı "terror təşkilatının təbliğatı" ittihamı ilə saxlanılıb.
İstanbul Kadıköydəki evində saxlanılan Fincancının ifadəsi alınmaq üçün Ankaraya aparılacağı bildirilib.
Türkiyə mətbuatının məlumatına görə, Ankara Baş Prokurorluğu da Şebnem Korur Fincancının TTB Mərkəzi Şurasının sədri vəzifəsinə xitam verilməsini tələb edib.
Bildirilib ki, Baş prokurorun yeni prezidentin seçilməsi ilə bağlı müraciətinə birinci instansiyanın növbətçi mülki məhkəməsi tərəfindən baxılacaq.
Anadolu Agentliyi (AA) Fincancının evində aparılan axtarışlar zamanı cinayət materiallarının ələ keçirildiyini açıqlayıb.