"Tərtər işi" üzrə 11 nəfər barəsində qərar ləğv olunub

Yayınlanma tarixi: 11/2/2022 4:39:35 PM

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

İslamazeri.com xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb.

Vəkil Zabil Qəhrəmanov və digərlərinin təqsirləndirilən şəxslərin barəsində həbs qərarının ləğv edilməsi barədə vəsatətləri təmin olunmayıb.

Bundan başqa, vəkil Zabil Qəhrəmanov vəsatət qaldıraraq məhkumlar barəsində qərar çıxaran şəxslər haqqında xüsusi qərar çıxarılmasını istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

GÜNÜN MANŞETLERİ

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM