İran: Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququmuzdan istifadə edəcəyik

İran: Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququmuzdan istifadə edəcəyik
Yayınlanma tarixi: 3/13/2026 10:19:49 AM

İran Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququndan istifadə edəcək

İranın BMT-dəki Daimi Nümayəndəsi İranın Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququnu vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Nyu-Yorkda verdiyi açıqlamada İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani "ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, ittifaq şəklində Hörmüz boğazında gəmiləri qoruya bilərmi?" sualına belə cavab verdi: "Xeyr, buna cavabım yoxdur. İran Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququndan istifadə edəcək; bu, bizim məsuliyyətimizdir."

İraq Kürdüstan Regional Hökuməti ilə diplomatik münasibətlər barədə başqa bir suala cavab olaraq İrəvani dedi: "Biz KRH ilə ciddi danışıqlar aparmışıq. Onlar bizə öz ərazilərindən İrana qanunsuz heç bir şeyin keçməsinə icazə verməyəcəkləri barədə öhdəlik veriblər."

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM