İran Səudiyyə Ərəbistanında ABŞ tanker təyyarələrini vurub.
İslamazeri.com xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına raket hücumu zamanı ABŞ Hərbi Hava Qüvvələrinin bir neçə yanacaq doldurma təyyarəsinə zərər dəydiyi bildirilir.
Tehranın bölgədəki hərbi mövcudluğu hədəf alan hərəkəti ABŞ-ın logistika və əməliyyat imkanlarına birbaşa təsir göstərib.
Wall Street Journal qəzetinin iki ABŞ rəsmisinə istinadən verdiyi eksklüziv məlumata görə, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında yerləşən beş yanacaq doldurma təyyarəsi hədəfə alınıb və hücum zamanı zədələnib.
Reuters agentliyi də bu məlumatları paylaşaraq, təyyarələrin hücum zamanı anqarlarda və ya uçuş-enmə zolağında olduğunu, raket zərbələrindən zərər gördüyünü, lakin tamamilə məhv edilmədiyini bildirib.
Məsələ ilə tanış mənbələr zədələnmiş təyyarələrin hazırda təmir olunduğunu və hücum zamanı heç bir itki olmadığını bildiriblər.
Lakin Reuters bu məlumatın tamamilə ABŞ mənbələrinin açıqlamalarına əsaslandığını və ABŞ ordusunun hələlik hadisənin təfərrüatları ilə bağlı rəsmi və müstəqil təsdiq təqdim etmədiyini vurğulayıb.