Sudanda qəbilə qarşıdurması zamanı 150 nəfər ölüb

Sudanda qəbilə qarşıdurması zamanı 150 nəfər ölüb
Yayınlanma tarixi: 10/21/2022 5:40:35 PM

Sudanın cənub-şərqində tayfalararası qarşıdurmalar nəticəsində 150 ​​nəfər həyatını itirib.

İslamazeri.com xəbər verir ki,Afrika ölkəsi Sudanın cənub-şərqindəki Mavi Nil bölgəsində tayfalar arasında baş verən qarşıdurmalarda 150 nəfərin həyatını itirdiyi bildirilib.

Ölkə mətbuatının verdiyi məlumata görə, ötən ilin iyulunda şiddətin yenidən alovlandığı Mavi Nil çayında 19-20 oktyabr tarixlərində tayfalar arasında illərdir düşmənçiliklə davam edən qarşıdurmada 150-yə yaxın insan həyatını itirib, onlarla insan yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı Keçid İnteqrasiya Missiyası (UNITAMS) Mavi Nil bölgəsində və Qərbi Kürdufan əyalətində tayfalar arasında "ölümcül" zorakılığın artmasından ciddi şəkildə narahat olduğunu bildirib.

“Yerli icmaların ehtiyaclarını, o cümlədən dayanıqlı sülhü, təhlükəsizliyi prioritetləşdirən və münaqişənin əsas səbəblərini aradan qaldıran tam işlək, etibarlı hökumət olmadan zorakılığı dayandırmaq mümkün olmayacaq”, - açıqlamada bildirilib.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM