İnqilab Keşikçiləri Korpusu İsrailə sərt xəbərdarlıq edib

İnqilab Keşikçiləri Korpusu İsrailə sərt xəbərdarlıq edib
Yayınlanma tarixi: 3/24/2026 4:21:59 PM

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrailin Livan və Fələstinə davam edən hücumlarını qətiyyətlə pisləyib.

İslamazeri.com xəbər verir ki, İİKK-nın İctimaiyyətlə Əlaqələr Bölməsi "Əsl Vəd 4" Əməliyyatının 46-cı kommünikesini yayımlayıb.

Kommünikedə bildirilib ki, sionist rejimi regiondakı müharibə mühitindən və medianın İrana qarşı ABŞ-İsrail müharibəsinə diqqət yetirməsindən istifadə edərək Livan və Fələstində mülki əhaliyə qarşı genişmiqyaslı müharibə cinayətləri törədir və soyqırımda bütün qırmızı xətləri keçib. Orada "Bu prosesin davam etdirilməsi artıq dözülməzdir" elan edilib.

Kommünikedə İsrail ordusuna xəbərdarlıq edilib: "Əgər Livan və Fələstində mülki əhaliyə qarşı hücumlar davam edərsə, düşmən qüvvələrinin işğal olunmuş Şimali Fələstində və Qəzza zolağında cəmləşdiyi nöqtələr İran İslam Respublikası və İİKK tərəfindən ağır raket və pilotsuz təyyarə hücumları ilə hədəfə alınacaq. Heç bir tərəddüd göstərilməyəcək."

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM