Bu barədə Yaponiya Sahil Mühafizə Xidməti məlumat yayıb.
Şimali Koreya dekabrın 30-da 3 ballistik raket buraxıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Xidməti məlumat yayıb.
Raketlər maksimum 100 kilometr yüksəklikdə 350 kilometr uçduqdan sonra Yaponiya dənizinə düşüb.
Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə raket buraxılışları ilə bağlı rəsmi Pxenyana etirazını bildirib.