Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Yayınlanma tarixi: 11/17/2022 1:22:48 PM

Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığı bildirilir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahının yaydığı bəyanatda qeyd olunub. Bəyanatına görə, Şimali Koreyanın şərq sahilindəki Kanqvondan atılan qısa mənzilli ballistik raket Yapon dənizinə düşüb.

Raket sınağı yerli vaxtla saat 10:48-də baş tutub.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu mövzu ilə bağlı məlumatların təhlil mərhələsində olduğunu və ölkəsinin ABŞ  və Cənubi Koreya ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.
Raketin buraxılması Pxenyanın ABŞ-ın genişləndirilmiş qarşısının alınmasının gücləndirilməsinə və Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətinə sərt cavab vəd etməsindən sonra baş verib.

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui deyib:“ABŞ müttəfiqlərinə genişləndirilmiş qarşısının alınmasının gücləndirilməsində nə qədər israr edərsə və Koreya yarımadasında təxribat xarakterli hərbi fəaliyyətlərini gücləndirərsə Şimali Koreyanın hərbi əks-hücumları bir o qədər şiddətli olacaq”.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM