Səudiyyə "edam və qorxu diyarı" adlandırılıb

Səudiyyə
Yayınlanma tarixi: 8.11.2022 17:22:08

Avropa mərkəzli Səudiyyə İnsan Haqları Təşkilatı, Ər-Riyad səlahiyyətlilərinin 15 məhbusa ölüm cəzası verdiyini və bu qərarlarla edam səbəbiylə ölümə məruz qalanların sayının 8-i uşaq olmaqla 53-ə yüksəldiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İnsan haqlarını müdafiə edən eyni təşkilat, 8-i uşaq olmaqla, onlarla məhbusun edam edilməsi ilə bağlı Səudiyyə rəsmilərinə xəbərdarlıq edərək, ölüm astanasında olan səudiyyəli məhbusların sayının açıqlanan rəqəmlərdən daha çox olduğunu iddia edib.

Bundan əvvəl Ərəbistan Yarımadasında İnsan Haqlarını Müdafiə Komitəsi Ərəbistanı “edam və qorxu diyarı” kimi xarakterizə etmiş və bu ölkədə, xüsusən də siyasi məhbuslar, mülki və insan haqları fəallarına qarşı yeni qırğın dalğası barədə xəbərdarlıq etmişdi.

Komitə Ər-Riyadın siyasi məhbuslardan tutmuş nümayişçilərə və fəallara qədər Səudiyyə vətəndaşlarına qarşı ağır məhkəmə qərarlarından sonra bu ölkədə insan və insan haqlarının təhlükəli vəziyyətini araşdıran bəyanat yayıb.

Komitə Ər-Riyadın siyasi məhbuslardan tutmuş nümayişçilərə və fəallara qədər Səudiyyə vətəndaşlarına qarşı ağır məhkəmə qərarlarından sonra bu ölkədə insan haqlarının təhlükəli vəziyyətini araşdıran bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu qərarlar özbaşınadır və Ər-Riyadın insan haqlarına uyğun gəldiyi və ölüm hökmünü ləğv etdiyi iddialarının yalan olduğunu göstərir.

Komitə həmçinin, Yusif əl Minasif, Əbdüllməcid en Nimr, Cevad Qariris, Fazil əs-Səfvani, Əli əl-Məbiyek, Muhammed əl-Libad, Muhamməd əl-Fərəc, Əhməd Əli İdğam, Həsən Zəki Əlii Fərəc və əli əs-Sabitinin qanuni yaşdan az olmalarına baxmayaraq, onlara kütləvi ölüm hökmü verildiyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Ərəbistanda edam hökmü çıxarılan bu şəxslərin həbsi və hökmü ilə bağlı heç bir güclü dəlil təqdim edilmir.

GÜNÜN MANŞETLERİ