Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
İslamazeri.com TASS-a istinadən xəbər verir ki, Rusiyaya qarşı potensial sanksiyalar Qərbə heç nə verməyəcək, yalnız problemlərin həllini təxirə salacaq.
Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
“Rusiyaya qarşı sanskiyalar heç nə gətirməyəcək, onlar ancaq problemlərin həllini uzadacaqlar. Ən yaxşısı digər tərəfə qulaq asmaq və onun strateji şübhələrini anlamaqdır“, - deyə o qeyd edib.
Kalın “Rusiyanın NATO-nu təhdid kimi gördüyünü” deyib.
“Və (Rusiya) prezident(i Vladimir) Putin Sovet İttifaqının dağılmasından 30 il sonra yenidən sərhədləri çəkmək və strateji alyansları yeniləmək istəyir“, - deyə türkiyəli rəsmi əlavə edib.
XXI əsrdə yeni problemlərin olduğunu vurğulayan Kalın “hər iki tərəfin özünü təhlükəsizlikdə hiss edəcəyi yeni qayda və prinsiplərin yaradılmalı olduğunu” deyib.
“Bu, o demək deyil ki, Rusiyanın istənilən tələbi yerinə yetirilməlidir, lakin Rusiya tərəfinə qulaq asmaq lazımdır“, - deyə o qeyd edib
Kalın bildirib ki, Türkiyənin NATO-ya üzv olması Ankaranın digər alyanslarla əməkdaşlıq edə bilməyəcəyi, həmçinin Rusiya və Çinlə yaxşı münasibətlərinin olmayacağı mənasını vermir.