Rusiya XİN: Qərb qaçqınların Suriyaya qayıtmasının qarşısını alır

Rusiya XİN: Qərb qaçqınların Suriyaya qayıtmasının qarşısını alır
Yayınlanma tarixi: 14.07.2023 10:36:27

Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin İordaniyaya ilk 1000 suriyalı qaçqının geri qayıtmasının qarşısını almaq üçün İordaniya və suriyalı qaçqınlara təzyiq etdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi yazılı açıqlamada milyonlarla suriyalı qaçqının evlərinə qayıtmasının həllin ən mühüm elementi olduğunu bildirib.

İordaniya, Misir, Səudiyyə Ərəbistanı, İraq və Suriya xarici işlər nazirlərinin mayın 1-də Əmmanda keçirilən iclasda qəbul etdikləri bəyannamədə təxminən min suriyalı qaçqının İordaniyadan ölkələrinə qayıtmasını əhatə edən pilot layihənin təşkil edildiyi bildirilir.

Sputnik xəbər verir ki, Zaxarova deyib: “Bəs bu təşəbbüsün həyata keçirilməsinə nə mane olur? Bizim qiymətləndirməmizdə, hər şeydən əvvəl İordaniya hökumətinə onun Qərb tərəfdaşları tərəfindən edilən təzyiqlərdir. İordaniyalıların Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarının dəstəyi də daxil olmaqla, bu pilot qrupu yaratmasının qarşısı alınır. Əvəzində onlar Əmmanı öz ərazisində suriyalı qaçqınların mövcudluğunu saxlamağa inandırırlar".

Suriyalı qaçqınların da təsirləndiyini qeyd edən Zaxarova, qaçqınların evlərinə qayıtmasının qanuni Suriya hökumətini devirməyə və Suriyaya müdaxilə etməyə çalışan ABŞ-ın planlarına uyğun gəlmədiyini bildirib:

"Qərbdəki geosiyasətçilərin təsəvvür etdiyi kimi, qaçqın kartı da bu məqsədlə oynanılacaq”.

GÜNÜN MANŞETLERİ