Rusiya və ABŞ kəşfiyyat təşkilatlarının rəhbərləri görüşüb

Rusiya və ABŞ kəşfiyyat təşkilatlarının rəhbərləri görüşüb
Yayınlanma tarixi: 11/15/2022 5:01:30 PM

Türkiyənin paytaxtı Ankarada Milli Kəşfiyyat Təşkilatının qərargahında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin görüşü olub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.
Fəxrəddin Altun deyib: ''Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Türkiyədə görüşdüyünü təsdiqləyirik. Bu görüş Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal sülhə verdiyi mühüm töhfələrə bir yenisini əlavə edir".
''Associated Press''ə müsahibə verən Fəxrəddin Altun deyib:''İclasda nüvə silahların istifadəsi başda olmaqla beynəlxalq təhlükəsizliyə təhdid yaradan məsələlər müzakirə olunub.Daha  əvvəl Ukrayna və Rusiyanın xarici işlər nazirlərini bir araya gətirən və taxıl sazişində vasitəçi olan Türkiye sülhün təmin olunması üçün bütün tərəflərlə danışıqları davam etdirəcək''.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM