Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
İslamazeri.com xəbər verir ki, Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı zamanı “Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı inkişaflar” müzakirə edilib.
Danışıq zamanı Ərdoğan Rusiya və Ukrayna tərəfləri ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik gediş-gəliş nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.
Ərdoğan bəyan edib ki, indi İstanbul Konsensusunun müddətinin uzadılmasına diqqət yetirmək lazımdır.