Hanukka bayramı münasibətilə paylaşdığı mesajında yəhudi vətəndaşların keçmişdə olduğu kimi bu gün də cəmiyyətin ayrılmaz bir parçası olduqlarını Ərdoğan bu sözlərlə ifadə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşı olan yəhudiləri Hanukka bayramı münasibətilə təbrik edib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Hanukka bayramı münasibətilə paylaşdığı mesajında yəhudi vətəndaşların keçmişdə olduğu kimi bu gün də cəmiyyətin ayrılmaz bir parçası olduqlarını Ərdoğan bu sözlərlə ifadə edib: “Bu gün bir çox ölkələrdə antisemitizm, islamofobiya və ksenofobiya qlobal sülhə, eləcə də sosial barışa təhlükə törətdiyi halda, ölkəmizdə bütün vətəndaşlarımızın heç bir ayrı-seçkiliyə yol verilmədən, qarşılıqlı hörmət və sevgi anlayışı ilə birlik və həmrəylik içində yaşaması bütün dünyaya müstəsna nümunədir. Bu hisslərlə Hanukka bayramı münasibətilə bütün yəhudilər, xüsusilə də yəhudi vətəndaşlarımıza ən səmimi salamlarımı çatdırıram”.