Ərdoğan: Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır

Ərdoğan: Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır
Yayınlanma tarixi: 10.11.2022 12:51:39

Prezident Rəcəb Tayyib Ərdoğan səfəri öncəsi paytaxt Ankaradakı Esenboğa hava limanında mətbuata açıqlama verib.

“Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır".

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistana gedən Rəcəb Tayyib Ərdoğan səfəri öncəsi paytaxt Ankaradakı Esenboğa hava limanında mətbuat verdiyi açıqlamada deyib. 

Fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsinə toxunan Ərdoğan Türkiyenin vasitəçilik nöqtəsində səylərinin fasiləsiz olaraq davam etdiyini bildirərək deyib:

"Bunun üçün tarix vermək və bunun nə vaxt bitəcəyini söyləmək məntiqli deyil. Lakin Rusiyanın Xersonla bağlı son qərarı (geri çəkilməsi) müsbət qərardır, mühüm qərardır. G-20 sammitində bilmirəm Rusiyadan iştirak olacaq ya yox, iştirak olarsa orada görüşmək imkanımız olacağına ümud edirəm. Yoxsa Rusiya ilə telefon diplomatiyası aparmağa davam edəcəyik. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq. Müharibənin hökm sürdüyü dünyadan sülhün hökm sürdüyü dünyaya keçid təmin edəyin".

Ermənistanla əlaqələrə toxunan Türkiyə lideri bu ölkə ilə sonuncu dəfə Praqada görüşdüklərini və “Ermənistana açıq və konkret şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm” deyib.
O, Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.

Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib. O, əlavə edib ki, bunun qarşısını ancaq Ermənistan hakimiyyəti ala bilər:

"Ermənistanın Laçın və Zəngəzur dəhizləri ilə bağlı addımları Türkiyənin addımlarına müsbət təsir göstərə bilər".

GÜNÜN MANŞETLERİ