Ərdoğan: Bu, açıq və birmənalı olaraq nifrət cinayətidir

Ərdoğan: Bu, açıq və birmənalı olaraq nifrət cinayətidir
Yayınlanma tarixi: 5.04.2023 12:16:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Quranı-Kərimə qarşı törədilən hücum açıq-aşkar nifrət cinayətidir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada Ədalət və İnkişaf (AK) Partiyasının qərargahında təşkil edilən 14-cü ənənəvi AK Partiya səfirlərlə iftar proqramında çıxış edən Rəcəb Tayyib Ərdoğan dünyada artan islamafobiyaya reaksiya verib.

“Qurani-Kərimə qarşı törədilən hücum qəbuledilməzdir'' deyən Rəcəb Tayyib Ərdoğan sözlərinə belə davam edib: "Bu, açıq və birmənalı olaraq nifrət cinayətidir. Söz azadlığı adı altında müqəddəs Qurani-Kərimin yandırılmasına icazə verilməsi qətiyyən yolverilməzdir. Təxminən 2 milyard insanı incidən bu mənfur hücumlara son qoyulmalıdır''.
Terrorla mübarizəyə toxunan Prezident Rəcəb Tayyib Ərdoğan PKK, PYD, YPG, FETÖ və İŞİD başda olmaqla terrorun hər növünə qarşı mübarizəni davam etdirdiklərini bildirib.

''Ölkəmizin terror dəhlizi ilə mühasirəyə alınmasına razılıq vermədiyimiz kimi, şübhəsiz ki, yeni cəhdlərə də imkan verməyəcəyik. Biz öz planlarımızı həyata keçirməyə davam edəcəyik. Vətənimizə qarşı terror təhdidlərinin öz mənbəyində aradan qaldırılması üçün həyata keçirdiyimiz strategiyamızı davam etdirəcəyik'',-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

GÜNÜN MANŞETLERİ