Qonşu ölkədə yeni il daxil oldu və ilin şüarı elan edildi

Qonşu ölkədə yeni il daxil oldu və ilin şüarı elan edildi
Yayınlanma tarixi: 21.03.2023 10:27:31

İranda “inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ili” elan edilib

İslamazeri.com xəbər verir ki, baharın gəlməsi, dünən ilin təhvil verilməsi qonşu İranda xüsusi qeyd olunub.

İranda hicri şəmsi il təqvimdə istifadə edilir. Hazırda hicri şəmsi ilin 1402-ci ili daxil olub.

Hər il "yeni ilin şüarı" da İranda elan olunur.

Belə ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 1402- ci hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı mesajda İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları təbrik etdikdən sonra ölkənin keçən ilki ən mühüm məsələsinin iqtisadiyyat və xalqın məişəti məsələsi olduğunu bildirib.

Ayətullah Xamenei vurğulayıb ki, bu il də iqtisadiyyat ölkənin əsas məsələsi olmalıdır. O, 1402-ci ilin şüarının “inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ili” olduğunu elan edib.

İslam İnqilabının Rəhbəri özünün Novruz mesajının əvvəlində təbiətin baharı ilə mənəviyyat baharının eyni vaxta düşməsinə işarə edərək deyib: “Mübarək Ramazan ayında mənəviyyat nəsimi hamının halına şamil olur. Qəlblərimizi bu ilahi və ətirli mehlə ətirləndirməliyik”.

GÜNÜN MANŞETLERİ