Pakistanın baş nazirindən Azərbaycan Prezidentinə məktub

Pakistanın baş nazirindən Azərbaycan Prezidentinə məktub
Yayınlanma tarixi: 28.05.2023 10:58:03

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib

İslamazeri.com xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. Mən, həmçinin əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcək. Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün dualar edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Şahbaz Şərif

Pakistan İslam Respublikasının Baş naziri"

GÜNÜN MANŞETLERİ