İranın İordaniyadakı ABŞ bazasına hücumu nəticəsində çoxlu sayda amerikalı əsgər həlak olub.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) 40-cı bəyanatında İordaniyanın əl-Rukban bölgəsindəki ABŞ hərbi bazasına edilən hücumda çoxsaylı Amerika əsgərinin öldürüldüyünü açıqlayıb.
İİKK-nın İctimaiyyətlə Əlaqələr Bölməsi 40-cı bəyanatında İordaniyanın əl-Rukban bölgəsindəki ABŞ hərbi bazasına edilən hücumda çoxsaylı Amerika əsgərinin öldürüldüyünü bildirib.
Bəyanatda İİKK Aerokosmik Qüvvələrinin Nəsr 2 əməliyyatının 24-cü dalğasının bir hissəsi olaraq ABŞ qüvvələrinə qarşı "cəza əməliyyatlarını" davam etdirdiyi və hücumun uğurla həyata keçirildiyi bildirilib.
Bəyanat "Heç bir millətin dəyər sistemində günahsız uşaqları öldürmək üçün qabaqcıl silahlardan istifadə edən qorxaq əsgərlər qəhrəman hesab edilmir. Dünyanın azad xalqları tezliklə bu müharibə cinayətkarlarını hərəkətlərinə görə hesab verməyə məcbur edəcəklər" sözləri ilə yekunlaşıb.