Dünən Türkiyənin İstanbul şəhərində Mossada casusluq edən 44 nəfərin saxlanılması xəbəri yayılmışdı
İslamazeri.com xəbər verir ki, bu gün 44 nəfərdən 7 nəfər haqqında həbs-qətimkan tədbirinin seçildiyi məlum olub.
Məlumata görə, 44 nəfərdən 7 nəfər bilə-bilə İsrailin Mossad xüsusi xidmət orqanının sifarişi əsasında fələstinlilər, o cümlədən Fələstin Təşkilatları ilə bağlı məlumatları onlara pul müqabilində ötürürmüşlər.
MİT və Polis Kəşfiyyatının birgə keçirdiyi əməliyyatda həbs olunan 7 nəfər haqqında "vətənə xəyanət" maddəsi ilə cinayət işi açılıb.
Qeyd olunur ki, bu şəxslər "Özəl Dedektiv" adı altında fəaliyyət göstəriblər.
Əməliyyat zamanı 2007-ci ildə qurulan "Özəl Dedektivlər Dərnəyi"nin sədri, "Maviay Özəl Dedektiv" şirkətinin təsisçisi İsmayıl Yetimoğlu da var. O 23 il dövlət məmuru kimi fəaliyyət göstərdikdən sonra, pensiyaya çıxdıqdan sonra 2003-cü ildən özəl dedektivliyə başlamış, universitetdə "Özəl Dedektiv Araşdırma texnikaları və üsulları" dərsi verdiyi də qeyd olunur.