İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Keçmiş yüksək rütbəli məmurları komitəsinin 36-cı iclası keçirilir.
İslamazeri.com xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.
Toplantıda TDT-yə üzv və müşahidəçi dövlətlərin xarici işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri də iştirak edir.
İclasda TDT-yə üzv dövlətlərin liderlərinin Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılır.