İsraildə Fələstin bayrağının nümayişi qadağan edilib

İsraildə Fələstin bayrağının nümayişi qadağan edilib
Yayınlanma tarixi: 9.01.2023 11:24:03

İsrail ictimai yerlərdə Fələstin bayrağının asılmasını qadağan etdi.

İslamazeri.com xəbər verir ki, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir polisə Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan etmək göstərişi verdiyini açıqlayıb.

Ben-Qvir öz Twitter hesabında etdiyi paylaşımda bildirib:

"Bu gün mən polisə Fələstin bayrağının və ya terror təşkilatı ilə əlaqəli olan və ya İsrail dövlətinə qarşı təhrik edilən hər hansı bayrağın dalğalanmasını qadağan etmək barədə göstəriş vermişəm.

“Terrora və onun təhrikinə qarşı bütün gücümüzlə mübarizə aparacağıq” deyən ifrat sağçı Ben-Qvir ictimai yerlərdə Fələstin bayraqlarının dalğalanmasını qadağan edib.

Ben-Qvirin 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də azadlığa buraxılmasından və Hayfadakı Ara kəndində Fələstin bayraqları açılaraq coşqu ilə qarşılandıqdan sonra belə bir qərar verdiyi bildirilir.

GÜNÜN MANŞETLERİ