İraqda xərçəng epidemiyasının yayılmasında Britaniya şirkətinin rolu

İraqda xərçəng epidemiyasının yayılmasında Britaniya şirkətinin rolu
Yayınlanma tarixi: 31.10.2022 12:13:20

"Dizdand Weiss" internet saytı açıqlayıb ki, İraqın neft yataqlarında fəaliyyət göstərən Britaniya şirkəti bu ölkədə xərçəng xəstəliyinin yayılmasının əsas səbəblərindən biridir.

İslamazeri.com xəbər verir ki, “Dizdand Weiss” internet saytı “British Petroleum Company”nin İraqda xərçəng xəstəliyinin yayılmasına səbəb olduğunu, lakin Qərb və xüsusən də Britaniya mediasının bu məsələni ört-basdır etməyə və şirkətin bu epidemiyanın yayılması ilə əlaqəsi haqqında xəbərlərin yayılmasına imkan vermədiyini açıqlayıb.

İraq mediasının da diqqət çəkdiyi bu xəbərə görə, neft yataqlarının yaxınlığında yaşayanların leykoz xəstəliyinə tutulma riskinin yüksək olduğu bildirilib.

Bu hesabatın davamında sərbəst buraxılan qazın neftlə yandırılmasının ətraf mühitə kanserogenlərin yayılmasına səbəb olduğu və bununla bağlı ən pis və ən yüksək çirklənmənin cənubdakı Bəsrə vilayəti ətrafında qeydə alındığı bildirilib.

Peyklərdən əldə edilən məlumatlardan istifadə edərək, Bəsrədəki ən böyük neft yatağı və British Petroleum-un podratçısı olan əl'Rəmilə neft yatağındakı quyularda dünyada istənilən qaz yatağından daha çox qaz yandırdığını sübut etmək mümkün olduğu vurğulanıb.

Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı İraqın cənubundakı bu bölgələrin insan haqları ilə bağlı işlərin prioritet siyahısında ən son zərər çəkmiş bölgələr olduğunu açıqlayıb.

GÜNÜN MANŞETLERİ