İranın iqtisadiyyat naziri Səudiyyə Ərəbistanına gedib

İranın iqtisadiyyat naziri Səudiyyə Ərəbistanına gedib
Yayınlanma tarixi: 11.05.2023 12:46:30

İranın iqtisadiyyat naziri Səudiyyə Ərəbistanına gedib.

İranın İqtisadiyyat naziri İhsan Handuzi ikitərəfli əlaqələri müzakirə etmək üçün iqtisadi nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanına gedib.

İslamazeri.com xəbər verir ki, Hənduzini Ciddə hava limanında Səudiyyə Ərəbistanı rəsmiləri, İslam İnkişaf Bankının rəhbərləri və İran Baş Konsulluğunun əməkdaşları qarşılayıblar.

Bu səfər çərçivəsində İran nümayəndə heyətinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşü və İslam İnkişaf Bankının iclaslarında iştirakı gözlənilir.

Bu, İran İslam Respublikası hökumətinin rəsmisinin Səudiyyə Ərəbistanı ilə son razılaşmadan sonra bu ölkəyə ilk səfəridir.

Bu səfərdə İhsan Handuzini İran İslam Şurasının üzvü Seyyid Şəmsəddin Hüseyni müşayiət edir.

GÜNÜN MANŞETLERİ