İranda zəlzələ: 68 nəfər xəsarət alıb

İranda zəlzələ: 68 nəfər xəsarət alıb
Yayınlanma tarixi: 24.03.2023 11:00:10

Episentri Xoy şəhərində olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 06:46-da qeydə alınıb.

İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, İran mətbuatının məlumatına görə, episentri Xoy şəhərində olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 06:46-da qeydə alınıb.

Zəlzələnin yerin 8 kilometr dərinliyində baş verdiyi bildirilib.

Zəlzələdə 68 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Zəlzələ Van şəhər mərkəzi və rayonlarında da hiss olunub.

Zəlzələnin episentrinin Vanın Başkale rayonundan 29 kilometr uzaqlıqda olduğu müəyyən edilib.

GÜNÜN MANŞETLERİ