İran və Səudiyyə Ərəbistanının XİN başçıları görüşəcək

İran və Səudiyyə Ərəbistanının XİN başçıları görüşəcək
Yayınlanma tarixi: 27.03.2023 11:24:40

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə telefon danışığı aparıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı İran-Səudiyyə Ərəbistanı arasında normallaşma sazişinin son vəziyyəti və xarici işlər nazirlərinin görüşü kimi məsələlər müzakirə edilib.

Əmir Abdullahiyan və Feysəl bin Fərhan Ramazan ayında görüşmək barədə razılığa gəliblər.

Əmir Abdullahiyan martın 19-da Tehranda keçirdiyi mətbuat konfransında Bin Fərhanla görüşəcəyini bildirsə də, tarix açıqlamayıb.

Qeyd edək ki, Tehran və Ər-Riyad 7 ildən sonra Pekində Çin hakimiyyəti vasitəsilə martın 10-da diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55