İran qırmızı xətlərindən geri çəkilməyəcək

İran qırmızı xətlərindən geri çəkilməyəcək
Yayınlanma tarixi: 5/28/2026 11:30:28 AM

İran qırmızı xətlərindən geri çəkilməyəcək.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, İran uranı zənginləşdirmək hüququ, zənginləşdirilmiş uranı, Hörmüz boğazının idarə olunması və sanksiyaların ləğvi kimi fundamental məsələlərdə geri çəkilməyəcək.

Sosial media paylaşımında Əzizi İranın qırmızı xətlərindən imtina etməyəcəyini vurğulayıb.

O bildirib ki, "İran İslam Respublikası uranı zənginləşdirmək hüququ, zənginləşdirilmiş uranı, Hörmüz boğazının idarə olunması və sanksiyaların ləğvi də daxil olmaqla qırmızı xətlərindən geri çəkilməyəcək".

Əzizi həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp strateji çətin vəziyyətindən qaçmaq üçün bir gün təhdid xarakterli dildən istifadə edir, ertəsi gün isə razılaşma üçün yalvarır.

GÜNÜN MANŞETLERİ