İran prezidenti: İqtisadi müharibə yeni əsas cəbhədir

İran prezidenti: İqtisadi müharibə yeni əsas cəbhədir
Yayınlanma tarixi: 5/28/2026 12:33:14 PM

İran prezidenti: İqtisadi müharibə yeni əsas cəbhədir

İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkiyan bu gün əsas döyüş meydanının iqtisadiyyat olduğunu bildirib və əlavə edib ki, xarici aktyorlar hərbi məqsədlərinə çata bilmədikdə, iqtisadi dayanıqlığın zəifləməsinə diqqət yetirirlər.

Pezeşkiyan ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu gün əsas münaqişə zonasının "iqtisadi müharibə" olduğunu bildirib.

Tehran Ticarət Palatasının üzvləri ilə görüşən Pezeşkiyan özəl sektorun gücləndirilməsinin milli dayanıqlığı artıracağını vurğulayıb.

Pezeşkiyan deyib: "Bu gün əsas döyüş meydanı iqtisadi müharibədir. Hərbi sahədə məqsədlərinə çata bilməyən düşmən indi ölkənin iqtisadi dayanıqlığını sarsıtmağa və insanların dolanışığını pozmağa diqqət yetirir".

GÜNÜN MANŞETLERİ