İlham Əliyev: Qarabağ münaqişəsi artıq tarixdir

İlham Əliyev: Qarabağ münaqişəsi artıq tarixdir
Yayınlanma tarixi: 10/31/2022 8:57:22 PM

Dövlət başçısının sözlərinə görə, indi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışmaq və addımlar atmaq zamanı gəlib.

“Bakı İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb. Hesab edirik ki, həmin prinsiplərin əsasında normallaşmaya nail olmaq mümkündür”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Qarabağ münaqişəsi tarixdir və bu konteksdə müzakirə olunacaq heç nə yoxdur”, – deyə dövlət başçısı əlavə edib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib, iki il öncə üçtərəfli bəyanat imzalanıb və çoxillik münaqişəyə son qoyulub. Belə olan halda isə bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur.

Prezident İlham Əliyev 2 il əvvəl Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Vladimir Putinə bir daha təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, indi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışmaq və addımlar atmaq zamanı gəlib.

GÜNÜN MANŞETLERİ

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM