Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb.
İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.
“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub.