İran ABŞ-nin Küveytdəki logistika mərkəzini məhv edib

İran ABŞ-nin Küveytdəki logistika mərkəzini məhv edib
Yayınlanma tarixi: 7/15/2026 12:37:31 PM

İran ABŞ-nin Küveytdəki logistika mərkəzini məhv edib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerika Birləşmiş Ştatları ordusunun Küveytdə yerləşən logistika və təminat mərkəzini sıradan çıxardıqlarını bəyan edib.

“İslamazeri.com”un IRIB telekanalına istinadən verdiyi xəbərə görə, SEPAH bu addımı ABŞ-nin son günlər İranın cənubundakı bəzi sahil obyektlərini bombalamasına cavab olaraq atıb.

Açıqlamada qeyd olunur ki, ABŞ tərəfi qaydaları pozan gəmilərə zərbə endirmək bəhanəsilə hücumlar təşkil edib və buna reaksiya olaraq SEPAH ilə “Bəsic” qüvvələri qarşı tərəfə cavab zərbələri endirib. Tehran rəsmiləri Vaşinqtonun hücumları dayandırılmayacağı təqdirdə qisas əməliyyatlarının ardıcıl şəkildə davam edəcəyini vurğulayıblar.

GÜNÜN MANŞETLERİ

Sabah 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 37 dərəcə isti olacaq

8/12/2026 1:19:36 PM
ÖLKƏ / MÜNASİBƏT

"Qaçqınkom" köçlə bağlı narazılıqlara cavab verib

8/12/2026 12:10:01 PM