DQİDK sədri “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb

DQİDK sədri “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb
Yayınlanma tarixi: 3/13/2023 5:33:42 PM

Mübariz Qurbanlı “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Dövlət Komitəsindən verilən xəbərə görə, DQİDK-nın sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimlərini sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradılır, onlara lazımi qayğı göstərilir.

Dövlət Komitəsinin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM