Bağdaddakı ABŞ səfirliyinin hava hücumundan müdafiə sistemləri hədəfə alınıb

Bağdaddakı ABŞ səfirliyinin hava hücumundan müdafiə sistemləri hədəfə alınıb
Yayınlanma tarixi: 3/14/2026 11:54:07 AM

Bağdaddakı ABŞ səfirliyinin hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

İslamazeri.com xəbər verir ki, Bağdaddakı ABŞ səfirliyinə hücum edilib və onun hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

Həmçinin səfirliyin vertolyot meydançasının da hücumdan zərər gördüyü bildirilib. Hücumdan sonra səfirliyin içərisindən qalın tüstü buludlarının qalxdığı müşahidə edilib.

Təhlükəsizlik qüvvələri paytaxtın mərkəzindəki Yaşıl Zonanı tamamilə bağlayıb.

İraq İslam Müqaviməti İraqda və regionda "düşmən bazalarına qarşı hərbi əməliyyatlarını davam etdirdiyini" bildirən bir bəyanat yayıb.

Müqavimət bu əməliyyatların "dini vəzifə və şəhid lider Əli Hüseyni Xameneinin qanının qisasını almaq üçün" həyata keçirildiyini bildirib.

Həmçinin, əməliyyatların "gənc İraq müqavimət döyüşçülərinin şəhid olmasına səbəb olan hücuma qarşı bir maneə" olduğu vurğulanıb.

GÜNÜN MANŞETLERİ