Çavuşoğlu: Qərb İrana qarşı tətbiq olunan sanksiyaları qaldırmalıdır

Çavuşoğlu: Qərb İrana qarşı tətbiq olunan sanksiyaları qaldırmalıdır
Yayınlanma tarixi: 21.10.2022 16:32:45

“ABŞ-ın Səudiyyə Ərəbistanına təhdidləri qəbuledilməzdir.”

İslamazeri.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersin əyalətində hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı deyib.

Çavuşoğlu deyib: “OPEC+ qrupunun neft hasilatını azaltma qərarı fonunda ABŞ-dan Səudiyyə Ərəbistanına təhdidlər görürük, bunu qəbul edə bilmərik”, deyə o əlavə edib ki, “ABŞ-ın bu hədələməsi düzgün deyil."

Çavuşoğlu, ABŞ və Qərbə müraciət edərək deyib:

"Enerji böhranını qlobal miqyasda həll etmək üçün təkcə Səudiyyə Ərəbistanı Krallığını təhdid etməklə baş tutmaz. Əgər siz qlobal miqyasda enerji qiymətlərini aşağı salmaq istəyirsinizsə, İrana qarşı tətbiq olunan sanksiyaları qaldırın", deyə o vurğulayıb ki, “enerji çatışmazlığı problemini təhdidlərlə həll etmək olmaz”.

GÜNÜN MANŞETLERİ