Türkiyənin xarici işlər naziri sionistlərin Məscidül-Əqsada ibadət edənlərə hücumunu pisləməklə yanaşı amerikalı həmkarı ilə F-16 qırıcılarının alınması və İsveçin NATO-ya qoşulması ilə bağlı mövzuya toxunub.
İslamazeri.com xəbər verir ki, İsrailin Məscidül-Əqsaya hücumuna Türkiyənin Xarici İşlər Nazirindən reaksiya gəldi.
Türkiyənin Xarici işləriri Mövlud Çavuşoğu bu barədə deyib:
"Bizim İsrail ilə münasibətimiz Fələstin münaqişəsindən önəmli deyil."
Çavuşoğlu sionist terrorçu hərbçilərin son günlər Məscidül-Əqsada ibadət edənlərə qarşı vəhşicəsinə hücumları barədə deyib:
"İsrail Məscidül-Əqsaya hücum edərək öz həddini aşdı."
Çavuşoğlu sözlərinə əlavə edərək bildirib:
"İsrailin bu addımını qəbul etmək mümkün deyil. Ümüd edirəm ki, bu hərəkəti təkrar etməzlər. Biz bu hadisələri izləməyə davam edirik və İsrail ilə danışıqlara başlamışıq.
Lakin bizim İsrail ilə münasibətimiz Fələstin mövzusu qarşısında önəmli ola bilməz. Bu baxımdan biz öz prinsiplərimizdən və inanclarımızdan güzəştə gedə bilmərik."