Bu gün Günəş tutulması baş verəcək.
İslamazeri.com xəbər veri ki, bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.
Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.
Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.
Xatırladaq ki, ilin ilk Günəş tutulması aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də başlayıb və mayın 1-də başa çatıb.
Bu, qismən Günəş tutulması olub. Təbii hadisə 3 saat 52 dəqiqə davam edib və saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.
Günəş tutulması bir sıra ölkələrdə aydın müşahidə ediləcək.