Braziliyada Pelenin vəfatı ilə bağlı 3 günlük milli matəm elan edilib

Braziliyada Pelenin vəfatı ilə bağlı 3 günlük milli matəm elan edilib
Yayınlanma tarixi: 30.12.2022 15:18:44

Müvafiq sənədi Braziliya prezidenti Jair Bolnosaru imzalayıb.

Braziliya hökuməti əfsanəvi futbolçu Edison Arantes do Nascimento “Pele”nin vəfatı ilə bağlı bütü ölkə boyu 3-günlük milli matəm elan edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, müvafiq sənədi Braziliya prezidenti Jair Bolnosaru imzalayıb.

Pelenin ailəsi və yaxınlarına dövlət səviyyəsində başsağlığı verilib və qeyd edilib ki, Pelenin sayəsində dünya Braziliyanı tanıyıb və onun özü isə “futbolu incəsənət və sevincə çevirə” bilib.

Xatırladaq ki, dünyaca məşhur idman ulduzu Pele 29 dekarda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

3-qat dünya çempionunun dəfn mərasimi 3 yanvarda “Santos” stadionunda keçiriləcək. Onun karyerasının böyük hissəsi məhz bu stadionda keçib.

GÜNÜN MANŞETLERİ