BMT Baş katibinin sözçüsü Stefan Dujarrik xəbərdarlıq edib ki, BMT Təhlükəsizlik Şurası Suriyanın şimal-qərbində müxalifətin nəzarətində olan bölgələrə humanitar yardım göndərilməsini nəzərdə tutan qərarın müddətini uzatmayacağı təqdirdə milyonlarla insan əziyyət çəkəcək.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözçü S.Dujarrik Suriyaya transsərhəd humanitar yardım proqramı ilə bağlı sualı cavablandırarkən bildirib ki, yanvarın 10-da başa çatacaq humanitar yardım proqramının müddəti uzadılmayacağı təqdirdə milyonlarla insan əziyyət çəkəcək.
Dujarrik qərarın müddətinin uzadılmasına çağırıb.
Digər tərəfdən, BMT Türkiye sərhədindən Suriyaya edilən yardımların hər ay orta hesabla 2,7 milyon insana çatdığını qeyd edib.
2023-cü ildə təxminən 15,3 milyon insanın humanitar müdafiə və yardıma ehtiyacı olacağını qeyd edən BMT bu rəqəmin 2011-ci ildən bəri ən yüksək göstərici olduğunu açıqlayıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Ümumdünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Əhali Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbərliyi ilə verilən bəyanatda BMT Təhlükəsizlik Şurasının 2642 saylı qətnamənin müddətini uzatmayacağı təqdirdə rejimin nəzarətindən kənarda olan bölgələrdə 4.1 milyon insan üçün nəticələr fəlakətli olacaq.
Bəyanatda "Əsasən qadınlar və uşaqlardan ibarət olan insanların yalnız qışda və şiddətli vəba epidemiyasının ortasında sağ qala bilmək üçün yardıma ehtiyac duyur" deyilib.
Xatırladaq ki, BMT dekabr ayında 62 min vəba hadisəsi bildirərkən, 100 nəfərin xəstəlikdən öldüyünü açıqlayıb.