Beynəlxalq avtomobil daşımalarına dair rüsumlar ləğv olunur

Beynəlxalq avtomobil daşımalarına dair rüsumlar ləğv olunur
Yayınlanma tarixi: 29.03.2023 16:23:34

Bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı Qanunda əksini tapıb.

Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.

İslamazeri.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı Qanunda əksini tapıb.

Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.

GÜNÜN MANŞETLERİ