Bəşəriyyət qaçılmaz olan yeni pandemiyaya hazır olmalıdır.
Bəşəriyyət qaçılmaz olan yeni pandemiyaya hazır olmalıdır.
İslamazeri.com RT-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
Onun sözlərinə görə, ölkəsi COVID-19 ilə mübarizəsini davam etdirir, səhiyyə sahəsindəki problemlərin, o cümlədən də “növbəti pandemiyanın” həlli istiqamətində çalışır.
“O isə (növbəti pandemiya), şübhəsiz, baş verəcək“, – deyə Bayden qeyd edib.
Xatırladaq ki, daha öncə milyarder Bill Geyts elan etmişdi ki, yaxın 20 ildə yeni pandemiyanın baş verməsi ehtimalı 50%-dir.