Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin görüşü başlayıb

Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin görüşü başlayıb
Yayınlanma tarixi: 12.04.2023 11:31:20

C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.

İslamazeri.com xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.

GÜNÜN MANŞETLERİ